Bu gün yazıçı-döyüşçü Boris Vasilyev 89 yaşında Moskvada vəfat edib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskva Yazıçılar İttifaqının sədri Sergey Vilatov deyib ki, Rusiya mədəniyyəti əvəzolunmaz itki ilə üzləşib, müasir rus ədəbiyyatının klassiki həyatını itirib.
Qeyd edək ki, Boris Vasilyev 21 may 1924-cü ildə Smolenskdə anadan olub. İkinci Dünya Müharibəsində iştirak edib, çoxlu sayda roman və povestlərin müəllifdir. Boris Vasilyev “Sakit üfüqlərdə” povesti əsasında çəkilmiş filmdən sonra məşhurlaşıb. Film İkinci Dünya Müharibəsində döyüşlərdə qəhrəmanlıqla həlak olmuş qadınlardan bəhs edir. Filmin qəhrəmanları real həyatdan götürülüb. Müəllif bu filmdə həm də özünün prototipini yaradıb.