“Qafqaz əmiri”nin azərbaycanlı "sağ əli" həbs edildi
29 avqust 2013 11:48 (UTC +04:00)

“Qafqaz əmiri”nin azərbaycanlı "sağ əli" həbs edildi

“Əl-Qaidə” terror təşkilatının üzvü olan azərbaycanlı Şükran Məmmədov Rusiyada 4 il azadlıqdan məhrum edilib.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə prosesi dünən başa çatıb və Volqoqrad məhkəməsi Şükran Məmmədovu terror təşkilatına üzv olmaqda və onu maliyyələşdirməkdə günahkar sayıb.

Şükran Məmədov 2012-ci ildə saxlanılıb. İstintaq müəyyən edib ki, o, “Qafqaz əmiri” Doku Umarovun əmri ilə Əfqanıstanda terror və diversiya hazırlığı keçib, NATO qüvvələrinə qarşı döyüşlərdə iştirak edib. Məmmədovun “əmir”lə çox yaxın olduğu bildirilir. O, Dağıstandakı yaraqlıların maliyələşdirilməsində aparıcı şəxslərdən sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1917
avatar

Oxşar yazılar