“İranın siyasəti dəyişməyəcək”
07 dekabr 2013 20:13 (UTC +04:00)

“İranın siyasəti dəyişməyəcək”

“İranda hakimiyyətə yeni bir liderin seçilməsinə baxmayaraq, bu ölkənin siyasi baxışları dəyişməyəcək”. APA-nın məlumatına görə, bunu İsrailin xarici işlər naziri Aviqdor Lieberman “Washington Post”un suallarını cavablandırarkən bildirib.

 

İranla bağlı əndişə duyduqlarını dilə gətirən A. Liberman İranın siyasətində hər hansı bir dəyişikliyin olmayacağını vurğulayıb: “İranda gerçək güc mərkəzi yeni siyasi liderlər, prezident Ruhani, xarici işlər naziri Zərif deyil, hələ İslam İnqilabı Keşikçiləri və dini lider Xamneyidir”.

 

İsrail-Fələstin probleminin həlli ilə bağlı sualı cavablandıran A. Liberman problemin həllinin mümkün görünmədiyini ifadə edib: “Bu gün iki tərəf arasında bir-birlərinə qarşı güvən sıfır səviyyəsindədir. Əgər digər tərəfə inanmırsınız, əgər bir etibarınız yoxsa sülhü təmin etmək imkansızdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501
avatar

Oxşar yazılar