“Fukusima”  yenə qorxutmağa başladı
19 mart 2013 14:56 (UTC +04:00)

“Fukusima” yenə qorxutmağa başladı

“Fukusima” Atom Elektrik Stansiyası (AES) yenə təhlükə mənbəyinə çevrilib.

 

Lent. az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, elektrik enerjisi təchizatının dayanması nəticəsində AES-in tullantılar üçün nəzərdə tutulmuş hovuzunda soyutma sistemi sıradan çıxıb.

 

Qəza vəziyyəti “Fukusima” AES-in 1, 3 və 4-cü reaktorlarında yaranıb. Ən təhlükəlisi isə 4-cü reaktorun soyutma hovuzundadır, çünki burada daha çox nüvə tullantısı var. 2011-ci ildə baş verən zəlzələ və sunamidən sonra bu reaktorun damı dağılıb, reaktor özü isə həmin vaxtdan dayandırılıb. Hovuzlarda suyun temperaturu 65 dərəcəni ötməməlidir, ancaq soyutma sistemini bərpa etmək mümkün olmasa, 4 günə temperatur 65 dərəcəni keçəcək.

 

Son məlumatlara görə, 1 və 3-ü reaktorun  soyutma sistemi artıq bərpa edilib.  Ancaq 4-cü reaktorun  soyutma sistemini hələ də işə salmaq  mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1258
avatar

Oxşar yazılar