Ukraynalı müğənni Ruslana “Maydan”da soyunaraq özünü yandıracağı barədə vədinə xilaf çıxıb. Lent.az-ın məlumatına görə, “Eurovision-2004”ün qalibi “LIfeNews” telekanalına eksklüziv müsahibəsində belə vədi yalnız kütləni qızışdırmaq üçün verdiyini söyləyib.
O bildirib ki, sözlərini hələ öncədən də yerinə yetirmək fikrində olmayıb: “Siz də bilirsiniz ki, kütləyə belə sözləri demək lazımdır”.
Bununla belə, Ruslana “Maydan”dan çox xoşunun gəldiyini və burada uşaq dünyaya gətirməyin gərəkliyini vurğulayıb.
Qeyd edək ki, Kiyevdəki mitinqdə çıxış edərkən, Ruslana Ukraynanın Avropaya inteqrasiyasına dair hansısa qərarın yerinə yetirilməyəcəyi təqdirdə özünü yandıracağına söz verib. O, mitinqçilərə aksiyalarını davam etdirmələri üçün hər gün çağırış edib. Tanınmış müğənni “Eurovision”un qalibi olduqdan sonra “Bizim Ukrayna” fraksiyasından Ali Radada deputat postu tutub.