Ukraynanın xalq artisti, 2004-cü ildə “Eurovision” müsabiqəsinin qalibi olmuş Ruslana Lıjiçko bəyan edib ki, ölkədə dəyişikliklər baş verməsə, özünü yandıracaq.
APA-nın “tch.ua” saytına istinadən verdiyi məlumata görə, Ruslana bunu Kiyevin Müstəqillik Meydanında çıxış edərkən deyib. O bəyan edib ki, mitinqçilərin tələbləri qəbul edilməzsə, özünə qəsd etməyə hazırdır. Sənətçi insanları bir olmağa və geri çəkilməməyə çağırıb: “Mən sizə dəqiq deyirəm ki, dəyişikliklər olmasa, bu meydanda özümü yandıracağam. Mən buna qəti olaraq qərar vermişəm”.
Xatırladaq ki, Ruslana etirazların ilk günündən nümayişçilər dəstək verir.