Suriyada “Cəbhət ən Nüsrə” qruplaşmasının liderlərindən biri Əbu Firaz məhv edilib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, “Suriyalı” ləğəbli Əbu Firaz İdlib vilayətində hava zərbəsi nəticəsində öldürülüb.
Onunla birgə azı 20 terrorçunun məhv edildiyi bildirilir. Hava zərbələrinin Suriya və yaxud Rusiya hərbi təyyarələri tərəfindən endirildiyi qeyd olunur. Məlumata əsasən, Əbu Firaz “Əl Qaidə”nin Suriyadakı qolu sayılan “Cəbhət ən Nüsrə” qruplaşmasının “mətbuat katibi” olub.
Xatırladaq ki, bundan əvvəl İraqda ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya tərəfindən İŞİD-in raket qurğuları üzrə aparıcı mütəxəssisi məhv edilib.