8 km yüksəklikdə açılan təyyarə qapısı
17 fevral 2013 05:14 (UTC +04:00)

8 km yüksəklikdə açılan təyyarə qapısı

Birləşmiş Ərəb Əmirliyinin Hava Yollarına məxsus  Tailandın paytaxtı Bankqoqdan  Honkqoqa uçan təyyarənin qapıları 8 min 230 metr yüksəklikdə açılıb.

 

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, ingilis sərnişin Devid Reyd bu olayın fotosunu çəkib. Oğlu Levis bildirib ki, öncə  partlayışı xatırladan səs eşidib, onun ardınca təyyarəyə buz kimi hava daxil olub. Uçuş heyəti 4 sm-ə yaxın açılan qapını örtüb.

 

Reyd baş verənləri belə nəql eləyib: «Yol bələdçisi «qapı açılır»-deyə, qışqırdı. Başqa sərnişinlər də vahimələnərək,  «düşürük»-deyə, bağırışırdı. Uçuş ekipajı qapını bağlayıb, arxasına bəzi əşyalar qoydu».

 

Uçuşdan sonra hava yollarının təmsilçisi belə deyib: «Sərnişinləri riskə atacaq heç bir olay yaşanmayıb».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5030
avatar

Oxşar yazılar