55 yaşlı qadın üçəm dünyaya gətirdi
07 aprel 2016 06:27 (UTC +04:00)

55 yaşlı qadın üçəm dünyaya gətirdi

Böyük Britaniyanın Linkolnşir qraflığında yaşayan 55 yaşlı qadın üçəm dünyaya gətirib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, o, bununla da ölkənin ən yaşlı üçəm anası ünvanını qazanıb.

 

Britaniyalı süni mayalanma və əməliyyat üçün 21 min dollar xərcləyib. Şeron Kats adlı qadın bu əməliyyat üçün Kiprə gəlib. Çünki onun ölkəsində bu əməliyyatı 42 yaşına qədər qadınlara edirlər. Həkimlər bu olaydan narahat olaraq, qadına üç döldən birini abort etdirib, digərlərinə yaşam şansı verməyi təklif etsələr də, sonuncu bunu qəbul etməyib. Qadının 4 uşağı və 3 nəvəsi var. Linkolnşir sakini qeysəriyyə əməliyyatı nəticəsində üçəm anası olub.

 

Kats deyib ki, uşaqları onu yaxşı görüntüdə görsün deyə doğumdan əvvəl üzünə botoks etdirib. 55 yaşlı qadın evli deyil, 40 yaşlı Stuard Reynoldsla görüşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416
avatar

Oxşar yazılar