Brüsseldən Sürixə uçmaq istəyən İsveçrə hava yolları şirkətinə məxsus təyyarə anbarda yüklənən zaman soyulub.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, 8 nəfərli silahlı qrup təhlükəsizlik səddini aşaraq, 50 milyon dollarlıq almazı oğurlayıb.
«The Telegraph» qəzetinin xəbərinə əsasən, oğurluq 3 dəqiqə sürüb.
Oğurlanan almazların Avropanın Antverppen şəhərindəki ən böyük almaz satışı mərkəzinə aid olduğu bildirilib. Mərkəzin sözçüsü Karlin Volf deyib ki, kəsilmədən oğurlanan almazın tapılma ehtimalı çox azdır.
Mənbənin xatırlamasına əsasən, 1995 və 2000-ci illərdə daha iki oxşar olay baş verib.
Xatıladaq ki, fevralın 19-da başqa bir almaz oğurluğu olayının «qəhrəmanı» Leonardo Notarbartolo Belçikada həbs olunub. O, 2003-cü ildə Antverpendəki mərkəzdən «əsrin oğurluğu»nun təşkilində ittiham edilir. Bu cinayət zamanı yüz milyon avroluq qiymətli daş-qaş oğurlandığı bildirilir.