ABŞ prezidenti Barak Obama 1995-ci ildə Ağ Evin İrana qarşı tətbiq etdiyi sanksiyanın müddətini daha bir il uzadılımasına dair sərəncam imzalayıb.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, sanksiyanın uzadılmasına səbəb İran hakimiyyətinin yürütdüyü siyasət və fəaliyyətinin «ABŞ-ın maraqlarına zidd» olduğu göstərilib.
Xatırladaq ki, bu sanksiya 1995-ci ildə o vaxtkı prezident Bill Klinton tərəfindən imzalanıb. Ondan sonrakı prezidentlər ötən bu müddət ərzində həmin sənədin vaxtının uzadılması barədə sərəncam veriblər.