ABŞ-ın Minnesota ştatında 107 yük vaqon relsdən çıxıb.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda «Duluth News Tribune» yerli qəzeti xəbər yayıb.
Rəsmilər bunun zəlzələ təsiri bağışladığını bildirib. Mənbənin məlumatına əsasən, vaqonlar biri-birinin üstünə düşüb.
Qəza nəticəsində 4 maşinistdən ikisi yüngül xəsarət alıb.
Olayın səbəbləri araşdırılır.