“Whatsapp”la bağlı Almaniyadan “Facebook”a xəbərdarlıq: MƏLUMATLARI YIĞMAYIN!
14 may 2021 06:14 (UTC +04:00)

“Whatsapp”la bağlı Almaniyadan “Facebook”a xəbərdarlıq: MƏLUMATLARI YIĞMAYIN!

Almaniya dünyada ilk dəfə “Facebook”un “Whatsapp” istifadəçilərinin məlumatlarını yığmasını qanun səviyyəsində qadağan edib. 

Lent.az xəbər verir ki, Whatsapp-da 15 may tarixində qüvvəyə minəcək yeni konfidensial qaydalar Almaniya hökuməti tərəfindən qanunsuz hesab edilib. 

“Facebook” Almaniyanın qərarına rəsmi cavab olaraq bildirib ki, şirkət yeni konfidensiallıq qaydalarını messencerə inteqrasiya etməyə davam edəcək. 

Almaniya hökumətinin qadağası 3 ay üçün nəzərdə tutulub. “Facebook”a qarşı sanksiyaların tətbiq olunması təşəbbüsü məlumatların qorunması və informasiyaların azadlığı üzrə komissar Cohannes Kaspara məxsusdur.

Onun fikrincə, “Whatsapp”ın yeni şərtləri qeyri-şəffaf olduğu kimi ziddiyyət təşkil edir. O, həmçinin, Avropa Birliyi ölkələrini də bu cür tədbirlər görməyə çağırıb. 

“Whatsapp” təmsilçiləri isə öz növbələrində komissarın fikirlərini səhv adlandıraraq bildiriblər ki, qanun səviyyəsində qəbul edilmiş qadağa yeni konfidensiallıq siyasətinin messencerə inteqrasiya olunmasına mane olmayacaq. 

Məlumatda qeyd olunub ki, Almaniya hökumətinin qərarı messencerdəki yeni konfidensiallıq qaydalarının məqsədlərinin düzgün şəkildə anlaşılmamasına əsaslanır.

Xatırladaq ki, “Facebook” “Whatsapp” üçün nəzərdə tutulmuş yeni konfidensiallıq qaydalarını bu ilin əvvəlində anons etmişdi. Anons ediləndən sonra şirkət insanlar tərəfindən sərt şəkildə tənqid olundu. Tənqidlərdən sonra “Facebook” bu yenilənmənin qüvvəyə minməsini 15 may tarixinə kimi təxirə salmalı oldu. 

Yeni konfidensiallıq qaydalarına əsasən, “Whatsapp” istifadəçiləri öz konfidensial məlumatlarının messencerə və birbaşa “Facebook”a ötürülməsinə razılıq verirlər. Ötürüləcək məlumatlar arasında telefon nömrəsi və istifadəçinin kontakt məlumatları da yer alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

Oxşar yazılar