Vəkilindən ŞOK AÇIQLAMA: "Saakaşvili  34 xəstəliyə yoluxub"
08 noyabr 2022 17:57 (UTC +04:00)

Vəkilindən ŞOK AÇIQLAMA: "Saakaşvili 34 xəstəliyə yoluxub"

 Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze Gürcüstanın keçmiş prezidenti haqqında şok açıqlamalar verib.

Lent.az Gürcüstan KİV-ə istinadla xəbər verir ki, ilkin müayinələrə əsasən, eks-prezident Mixail Saakaşvilinin diaqnozlarının demensiya və vərəm olduğu ehtimal edilir. Xaçapuridzenin sözlərinə görə, bu, yekun diaqnozlar deyil: 

"Söhbət ehtimal olunan diaqnozlardan gedir, indiyədək qəti müəyyənləşdirilməyib, gözləyirik. Bu, hələlik şübhədir və bu istiqamətdə iş gedir. Demensiya, vərəm və hələ 34 başqa xəstəlikdən danışıram".

Qeyd edək ki, 2021-ci ilin oktyabrından həbs həyatı yaşayan, 50 gün aclıq aksiyası keçirən və xəstəxanaya yerləşdirilən Mixail Saakaşvilinin səhhəti barədə mətbuatda bir neçə aydır məlumat yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680
avatar

Nigar Namiq

Oxşar yazılar