“Vaqner” limonadları   istehsal olunacaq
25 avqust 2023 16:42 (UTC +04:00)

“Vaqner” limonadları istehsal olunacaq

Rusiyanın alkoqolsuz içki istehsalçılarından biri “Vaqner” ticarət nişanının qeydiyyatı üçün Rospatentə ərizə ilə müraciət edib. 

Lent.az yerli mediaya istinadla xəbər verir ki, Ryazandan olan şirkət brendi qeydiyyatdan keçirmək istəyir.

Şirkətin nümayəndəsi jurnalistlərə izah edib ki, burada limonad və enerji içkilərinin istehsalı nəzərdə tutulur. Eyni zamanda, “Onlayn Patent” xidmətinə əsasən, ərizə malların və xidmətlərin Beynəlxalq Təsnifatının 29-cu və 32-ci siniflərinə aiddir. Ona görə də istehsalçı bu brend altında pivə və ət qəlyanaltıları da istehsal edə biləcək.

Şirkətdən bildirilib ki, adın seçilməsi biznes sahibinin alman bəstəkarı Rixard Vaqnerin yaradıcılığına şəxsi rəğbəti ilə bağlıdır.

Məlumata görə, Vaqner Adolf Hitlerin sevimli bəstəkarı olub. Eyni zamanda, ekspertlər qeyd edirlər ki, ölkədə Vaqner son zamanlar eyniadlı özəl hərbi şirkətlə əlaqəli olduğundan brendin qeydiyyatı zamanı problemlər yarana bilər. Onların sözlərinə görə, qərar qəbul edərkən Rospatent həm tarixi kontekstdə, həm də müasir kontekstdə diqqət mərkəzində olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1581
avatar

Oxşar yazılar