Van Qoqun “Monmartredəki küçə səhnəsi” tablosu
25 fevral 2021 08:44 (UTC +04:00)

Van Qoqun “Monmartredəki küçə səhnəsi” tablosu

Van Qoqun bu əsərini hər kəs ilk dəfə görəcək

Niderland rəssamı Vinsent Van Qoqun “Monmartredəki küçə səhnəsi” tablosu yarandığı gündən bəri ilk dəfə olaraq ictimaiyyətə göstəriləcək.

APA xəbər verir ki, bu barədə “ARTnews” məlumat yayıb.

Rəsm əsəri Parisdəki “Sotheby's” hərrac evində sərgilənəcək, bundan əvvəl isə Amsterdam, Honkonq və Fransa paytaxtında geniş şəkildə nümayiş olunacaq.

Məlumata görə, şəkil 5-8 milyon avroya satışa çıxarılacaq.

“Monmartredəki küçə səhnəsi” 1887-ci ildə Van Qoq tərəfindən çəkilib. Əsər 1920-ci ildə şəxsi kolleksiyada olub və o vaxtdan bəri eyni ailədə qaldığından heç vaxt ictimaiyyətə göstərilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164
avatar

Oxşar yazılar