Hadisə Fransanın Müluz şəhərində baş verib.
Lent.az xəbər verir ki, körpü yanında oynayan 4 uşaq 2 plastik paketə rast gəliblər. Paketin içində qızıl-zinət əşyalarını görən uşaqlar bunları evə gətiriblər. Valideynlər də öz növbəsində polisə xəbər verib.
Məlum olub ki, kütləsi bir kiloqramdan çox olan qızılları cinayətkar qrup oğurlayaraq körpünün altında gozlədiblər.
Polis uşaqları bu hərəkətə görə xüsusi medalla təltif edib.