Ukraynaya təcavüzdə "bacı" dəstəyi: Onlar əsrlərdir bir ələ oynayırlar
06 may 2022 11:56 (UTC +04:00)

Ukraynaya təcavüzdə "bacı" dəstəyi: Onlar əsrlərdir bir ələ oynayırlar

İki ay yarıma yaxındır dünya buna şahidlik edir: Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə, Ukrayna ordusunun, xalqının rəşadətinə. 

İki ay yarıma yaxındır dünya buna da şahidlik edir: Bu müharibədə Rusiyanı dəstəkləyən, bir başa onun yanında olan bir dövlət var, o da Ermənistandır. Necə deyilmişdi o vaxt? Hə, Rusiyanın kiçik bacısı. 

İllərdir Cənubi Qafqazda işğal siyasəti yürüdən Ermənistan, indi də Ukraynada Rusiya işğalına dəstək verir. O, döyüş təyinatlı hərbi təyyarələrini və pilotlarını Rusiya ordusuna təslim edib. Yadınızdadırmı, bir qədər əvvəl “Haber Global”ın əldə etdiyi məxfi məlumata görə, dörd “SU-30” tipli döyüş təyyarəsi Ermənistan aeroportundan havaya qalxaraq, Ukraynada istifadə üçün Rusiyaya getmişdi. Bundan əlavə, Rusiya istehsalı olan döyüş təyinatlı təyyarələr xüsusi təlim almış erməni pilotlar tərəfindən idarə edilirdi. Ermənistan bu hərəkəti ilə Ukraynada işğala ortaq, müharibəyə tərəfdaş olub. O, bir daha bölgədə sülh yerinə müharibəyə xidmət etdiyini sübutlamışdı. 
Həmin vaxt İrəvana digər ölkələrdən gələcək reaksiya diqqət çəkən mövzuya çevrilmişdi. Bildiyimiz kimi Rusiya Ukraynadakı işğal siyasətinə görə, indiyə qədər görünməmiş iqtisadi sanksiyalara məruz qalıb. Hazırda Rusiyaya dəstək verən Ermənistana da sanksiya tətbiq edilib-edilməyəcəyi və ya xəbərdarlıq olunub-olunmayacağı maraq doğurur. Amma bu sanksiyalar mütləq tətbiq edilməlidir. Ermənistan eyni zamanda, suriyalı döyüşçülərin Ukraynaya göndərilməsində də öndə gedir. Muzdlu döyüşçülər Ermənistandakı Erebuni hava məkanında toplaşaraq oradan Rusiya Federasiyasının Mozdok şəhərinə yola düşür. Oradan da Rusiya əsgərləri ilə birlikdə Ukraynaya göndərilir. 

Azərbaycan dəmir yumruğu endirəndən sonra yenə də ağıllanmayıb Ermənistan. Terrorçu xislətli bu ölkə indi də çirkin niyyətini Ukraynaya qarşı işə salıb. Ermənilər Ukrayna torpaqlarını işğal edən rus əsgərlərinə ərzaq göndərməklə separatçılara açıq dəstək vermiş oldular. Ukraynanın işğalı Rusiya və Ermənistan tərəfindən aparılır. Xalqı, dövləti, cəmiyyəti rəzil günündə olan Ermənistan və onun hakimiyyəti Rusiyaya belə dəstək göstərməklə siyasi blef edirlər. Paşinyan ona qarşı keçirilən mitinqlərdən qorxuya düşdüyü üçün Rusiyanın onu fəlakətdən qurtaracağını düşünür.

İkinci tərəfdən isə bu ölkənin xisləti terrorçuluq əməlləri üzərində formalaşdığından çirkin əməllərini gerçəkləşdirmədən rahat dura bilmir. Tarix boyu işğal proseslərində rus və ermənilər bir yerdə olublar. 1992-ci ildə də Azərbaycan torpaqlarını məhz rus ordusunun - 366-cı alayın köməyi ilə işğal etdilər. 1905, 1918 - ci illərdə azərbaycanlılara qarşı soyqırım hadisələri törədənlər ermənilər və ruslar oldu. Elə qanlı rus ordusunun da 1920-ci ildə Azərbaycana girməsi, müstəqilliyimizə son qoyması o dövrün parlamentində təmsil olunan ermənilərin təkidi ilə baş verdi. Rusiyanın Ukraynanı işğal etməsini rus ictimaiyyətinin özü də qəbul etmir. Millətçi ruslar və yaltaq ermənilərdən başqa bir nəfər də bu işğalçılığa haqq qazandırmır. 

Rusiyanın erməni təbliğat ruporları Simonyan,  Kesoyan,  Şahnazarov və bu sıraya daxil olan qərəzli jurnalistlər bütün standartları tapdayaraq, ağızlarına  nə gəldi danışırlar. Onların fikirlərində nə savaddan, nə də məntiqdən əsər-əlamət var. 

Ermənistanın Ukraynadakı separatçılara da yardım edir.  Bu, Azərbaycanın Ukrayna qaçqınlarına humanitar yardımı ilə müqayisə edilməzdir. Çünki Azərbaycan tərəfinin yardımının fövqündə humanizm durur. Ermənilər isə havadarların kimi separatizmin tərəfindədirlər. Zatən, bu onların xisləti...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35