“Məqsədlərinə çatmaqla” və ya dinc danışıqlar yolu ilə Ukraynada müharibəyə son qoymaq olar.
Lent.az “İnterfaks”a istinadla xəbər verir ki, bunu noyabrın 11-də keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, ABŞ prezidenti Co Baydenin Ukraynadakı münaqişənin yalnız Rusiya qüvvələrinin çıxarılmasından sonra bitə biləcəyi ilə bağlı bəyanatını şərh edib.
"Bizim nöqteyi-nəzərimizə görə, Ukraynadakı xüsusi hərbi əməliyyat öz məqsədlərinə çatdıqdan sonra başa çatdırıla bilər. Yaxud sülh danışıqları yolu ilə məqsədlərə çatmaqla başa çatdırıla bilər ki, bu da mümkündür", - Vladimir Putinin sözçüsü vurğulayıb.
Eyni zamanda, Peskov əlavə edib ki, “Ukrayna tərəfinin tutduğu mövqeyə görə sülh danışıqları mümkün deyil”.
O, iddia edir ki, “Kiyev danışıqlar aparmaq istəmir” və “xüsusi hərbi əməliyyat” davam edir.