Ukraynada “Vaqner”in qərargah rəisinin müavini  məhv edildi
29 oktyabr 2022 19:18 (UTC +04:00)

Ukraynada “Vaqner”in qərargah rəisinin müavini məhv edildi

Ukraynanın XORT xüsusi təyinatlılarının əsgərləri döyüş tapşırığı zamanı Rusiyanın özəl hərbi şirkəti kimi tanınan qeyri-rəsmi silahlı birləşmə olan “Vaqner” muzdlularının qərargah rəisinin müavinini məhv ediblər. 

Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, bu barədə XORT xüsusi təyinatlılarının “Facebook” səhifəsində bildirilib.

“Döyüş tapşırığını yerinə yetirərkən xüsusi təyinatlılarımızın əsgərləri yaxın məsafədə döyüşdə məşhur “Vaqner”in bir qrup silahlısı ilə qarşılaşıblar.

Döyüş zamanı onların bütün qrupu cəhənnəmə göndərilib. 200 vaqnerçi arasında qərargah rəisinin müavinin olduğu da müəyyən edilib”, - məlumatda deyilir.

Daha əvvəl Müdafiə Nazirliyi Rusiyanın özəl hərbi şirkəti "Vaqner"in 8 mindən çox muzdlusunun Ukrayna ərazisində döyüşlərdə iştirak etdiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692
avatar

Oxşar yazılar