UNESCO Ukraynadakı maddi-mədəniyyət nümunələrinin dağıdılmasını izləmək üçün peyk təsvirlərindən istifadə edir.
Lent.az-ın Belga agentliyinə istinadla xəbərinə görə, bu məlumatlar yaxın günlərdə ictimaiyyət üçün açıq olacaq.
UNESCO bildirib ki, fevralın 24-dən indiyədək münaqişə nəticəsində 207 mədəniyyət obyekti zərər görüb. Bunlardan 88-i kilsə, 15-i muzey, 76-sı tarixi əhəmiyyətli bina, 18-i heykəl, 10-u kitabxanadır.