Türkiyənin Uşak şəhərində kişi öz həyat yoldaşını meşəyə apararaq öldürüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Öndər Bulut 3 uşaq anası olan həyat yoldaşı Nazifə Bulutu dostundan aldığı avtomobillə Uşak şəhər meşəsinə gətirib.
Burada Öndər Bulut avtomobildə gətirdiyi ov tüfəngindən atəş açaraq həyat yoldaşı Nazifə Bulutun başından güllələyib.
Nazifə Bulutun hadisə yerində ölməsindən sonra Öndər Bulut, böyük qardaşı A.R.Buluta zəng edərək arvadını öldürdüyünü və Uşak şəhər meşəsində olduqlarını, özünün də intihar edəcəyini bildirib.
Dostu ilə hadisə yerinə gələn qardaş Nazifə Bulutun cansız cəsədi və çənəsindən yaralanan Öndər Bulutla qarşılaşıb.
Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Sağlamlıq qrupları ağır yaralanan Öndər Bulutu Uşak Təhsil və Araşdırma Xəstəxanasına çatdırıb. Öndər Bulutun həyatının təhlükədə olduğu bildirilib.