Türkiyənin Bartın bölgəsində baş verən mədən faciəsindən sonra rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb.
Lent.az CNN Türk-ə istinadən xəbər verir ki, araşdırma nəticəsində mədənin texniki rəhbəri vəzifəsindən azad edilib.
Mədənçilərin çoxunun 320 metr dərinlikdə həyatını itirdiyi müəyyən edilib.
Xilasedicilər lazımi təhlükəsizliyi təmin etdikdən sonra 350 metr dərinliyə enərək partlayışın baş verdiyi əraziyə daxil olub və mədənçilərin nəşlərini çıxarıblar.
Qeyd edək ki, mədən faciəsində 41 insan ölüb.