Türkiyə kosmosa növbəti peyk göndərir
08 yanvar 2021 04:18 (UTC +04:00)

Türkiyə kosmosa növbəti peyk göndərir

"Türksat 5A" peyki bu gün yerli vaxtla saat 04:28-də orbitə buraxılacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

"Türksat"ın fəaliyyətlərini fasiləsiz davam etdirdiyini vurğulayan A.Karaismailoğlu "Türksat 5A"-nın bu gün, 2021-ci ilin ikinci rübündə isə "Türksat 5B" və 2022-ci ildə "Türksat 6A"-nın istifadəyə veriləcəyini qeyd edib.

Nazir onu da əlavə edib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ilində Türkiyə dünyada süni peyk istehsal edən 10 ölkə arasında yer alacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peykin orbitə buraxılması ilə bağlı rəsmi "Twitter" səhifəsində paylaşım edib.

“Türksat 5A kosmosdan bizə ilk salamını inşallah sabah verəcək. Xeyirli-uğurlu olsun”, - Ərdoğan öz paylaşımında belə yazıb.

# 1611
avatar

Oxşar yazılar