Malidə toy mərasiminin bombalanması nəticəsində onlarla adam ölüb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, hava zərbəsi zamanı ən azı 20 dinc sakinin öldüyü bildirilir.
Digər məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 100-ə yaxındır.
Hava zərbəsi yanvarın 4-də gecə naməlum təyyarədən endirilib. Faciə Malinin mərkəzi hissəsindəki Duentsa şəhəri yaxınlığında baş verib. Toy mərasimi iştiraçıları bombardman edilib.
Hadisənin hərbi təyyarəçilərin səhvi üzündən baş verdiyi də ehtimal edilir.