Avropada təyyarələrdə zəng etməyə və internetdən istifadə etməyə icazə verilib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyası daşıyıcılara öz təyyarələrində ən son 5G texnologiyasını quraşdırmaq imkanı verən yeni qaydanı təsdiqləyib.
Təyyarədə 5G əhatəsinin təyyarələrdə “pikosell” adlanan xüsusi şəbəkə avadanlığının quraşdırılması sayəsində mümkün olacağı bildirilir.
Qeyd edək ki, Avropa Komissiyası texnologiyanın yaxın gələcəkdə, lakin 2023-cü il iyunun 30-dan gec olmayaraq istifadəyə veriləcəyini vurğulayıb.