Terrorçular posta hücum etdi: 4 hərbçi öldü, 14-ü yaralandı
15 noyabr 2021 06:11 (UTC +04:00)

Terrorçular posta hücum etdi: 4 hərbçi öldü, 14-ü yaralandı

0

Malinin cənub-qərbində törədilən terror aktı nəticəsində 4 hərbçi həlak olub, 14 hərbçi  yaralanıb.

APA xəbər verir ki, bu barədə Malinin mÜdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Kulikoro bölgəsində baş verib.

Hücum edən silahlı terror qruplaşmasının 6 üzvü öldürülüb. 

Üç yaralı əsgərin vertolyotla hadisə yerindən təxliyə edildiyi bildirilib. 

Silahlı Qüvvələrin Baş Qərargah rəisi həlak olanların ailələrinə başsağlığı verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1588

Oxşar yazılar