Meksikanın mərkəzindəki Puebla ştatında kafedə gənclərə avtomatla atəş açılıb.
Lent.az “El Milenio” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hücumun mümkün motivləri barədə məlumat açıqlanmayıb.
Nəşrin məlumatına görə, ölən və yaralananlar regional institutlardan birinin tələbələri olub və hüquq-mühafizə orqanları qatilin onlarla təhsil aldığını istisna etməyib.