ŞOK HADİSƏ:   Mer iş otağında  güllənərək öldürüldü
25 noyabr 2022 08:52 (UTC +04:00)

ŞOK HADİSƏ: Mer iş otağında güllənərək öldürüldü

Braziliyanın Lajeado du-Buqre şəhərinin meri Robert Masiela dos Santos iş yerində güllələnib.

Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Merin mühafizəçilərinin sözlərinə görə, maskalı və silahla naməlum şəxs Santosun ofisinə girərək atəş açıb.

Daha sonra atəş açan şəxs avtomobilə minib qaçıb.

Məmur yerindəcə dünyasını dəyişib.

Bundan əlavə, hücumçunun şəhər administrasiyasının əməkdaşına da atəş açdığı qeyd edilir.

Zərərçəkmiş güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2496
avatar

Oxşar yazılar