Sərxoş vəziyyətdə qəza törədən PROKUROR POLİSƏ RÜŞVƏT TƏKLİF ETDİ
15 noyabr 2021 18:37 (UTC +04:00)

Sərxoş vəziyyətdə qəza törədən PROKUROR POLİSƏ RÜŞVƏT TƏKLİF ETDİ

0

Udmurtiyada içkili vəziyyətdə sükan arxasına əyləşən ədliyyə prokuroru qəza törədib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt İjevsk şəhərinin Pervomayski rayonun baş verib.

Ədliyyə müşaviri Konstantin Fefilov dostu ilə yeyib-içəndən sonra sərxoş vəziyyətdə avtomobili idarə edib. Bu zaman ani diqqətsizlikdən avtomobili İstintaq Komitəsinin binası yaxınlığındakı dirəyə çırpıb.

Hadisə yerinə gələn polis ədliyyə məmurundan sənədləri istədikdə o, asayiş keşikçilərinə Yol Patrul Xidməti əməkdaşlarına rüşvət təklif edib.

Polis hadisə ilə bağlı protokol tərtib edib. Hazırda prokuror köməkçisinə qarşı rəsmi yoxlama başlanıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2312

Oxşar yazılar