Fransanın Yura departamentində maraqlı hadisə baş verib.
Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, şəhərdən uzaq ərazidə keçmiş şüşə fabrikində becərilən marixuananın qoxusu bütün şəhəri bürüyüb.
Marixuana tibbi məqsədlə yarımqapalı şəraitdə və tam qanuni şəkildə yetişdirilir. Lakin son günlərdə bitkinin qoxusu küləklə bir neçə kilometr uzaqdakı yaşayış məntəqələrinə yayılıb. Bu da insanlar tərəfindən maraqla qarşılanıb.
Sayta müsahibə verən sakinlərin reaksiyası fərqli olub: “kefsiz olanda üzümü bu tərəfə tuturam, əhvalım yüksəlir”, “mən bütün günü mahnı oxuyuram” və s.
Bələdiyyə müəssisədə yoxlama apararaq qoxunun qarşısını almaqğı tapşırıb.