İtaliyanın Avstraliyadakı səfiri Françeska Tardioli tətilə getdiyi ölkəsində ölüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə günlük tətilini keçirmək üçün doğulduğu Folinyoda gedən səfir qaldığı evin üçüncü mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib.
Bildirilir ki, 56 yaşlı Tardioli 2019-cu ilin sentyabrından İtaliyanın Avstraliyada, Kanberradakı səfiri vəzifəsində çalışır.