İsveçin vəliəhd şahzadəsi Viktoria və həyat yoldaşı Şahzadə Daniel koronavirus infeksiyasına yoluxub.
APA xəbər verir ki, bu barədə Kral sarayının məlumatında bildirilib.
Məlumata görə, cütlükdə yüngül simptomlar müşahidə edilir, özlərini yaxşı hiss edirlər.
Şahzadə Estella və Şahzadə Oskar da valideynləri ilə birlikdə karantinə alınıblar.
Onlar ailə həkiminin nəzarətindədirlər.
Qeyd edək ki, martın 12-də məhdud çərçivədə keçirilməsi planlaşdırılan Vəliəhd Şahzadənin ad gününün keçirilməsi təxirə salınıb.