Sabiq deputat iki polisi yaraladı
24 oktyabr 2022 06:40 (UTC +04:00)

Sabiq deputat iki polisi yaraladı

Braziliya federal parlamentinin keçmiş üzvü Roberto Cefferson onu saxlamaq üçün gələn iki polisi yaralayıb.

Lent.az xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.

İnsident internetdə hakimiyyətin demokratik institutlarına qarşı yönəlmiş məlumatların yayılmasını təşkil etməkdə ittiham olunaraq ev dustaqlığında olan siyasətçinin Rio-de-Janeyro ştatındakı evində baş verib.

Onun ev dustaqlığının həbs-qətimkan tədbiri ilə əvəz olunması qərarı keçmiş deputatın sosial şəbəkələrdən istifadəyə qoyulan qadağanı pozmasından və bir gün əvvəl Federal Ali Məhkəmənin hakimlərindən birini təhqir etməsindən sonra verilib.

Keçmiş deputat asayiş keşikçilərinə iki dəfə tapançadan, üç dəfə qumbaradan istifadə etməklə onları yaralayıb.
Onlara tibbi yardım göstərilib. 

Bundan sonra hakimiyyətə könüllü təslim olmaq barədə onunla danışıqlar aparan siyasətçinin evinə xüsusi təyinatlılar göndərilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2583
avatar

Oxşar yazılar