39 gün əvvəl həbsxanada aclıq aksiyası elan edən keçmiş prezident Mixail Saakaşvili həbsxana xəstəxanasına yerləşdirilib.
Lent.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə ölkənin Penitensiar Xidməti məlumat yayıb.
***
18:29
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili helikopterlə Qoridəki xəstəxanaya aparılır.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ukraynanın xalq deputatı Yelizaveta Yasko “Facebook”da məlumat verib.
Bundan əvvəl həkimlər şurası siyasətçinin təcili olaraq multitexnoloji avadanlıqla təchiz olunmuş xəstəxanaya köçürülməsinin zəruriliyi ilə bağlı təcili açıqlama verib.