Ukrayna rusların ölkəyə girişinə qadağa qoyulması barədə xəbəri təkzib edib.
Lent.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko Teleqraf nəşrinə müsahibə verib. O, rusların ölkəyə girişinə qadağa qoyulması ilə bağlı məlumatı təkzib edib.
“Siz şayiələrə inanmamalısınız. Dövlət sərhədinin keçilməsi haqqında Ukrayna qanunvericiliyi var və sərhədçilər buna ciddi riayət edirlər”,-deyə Demçenko bildirib.
Ukrayna sərhəd xidmətinin nümayəndəsi qeyd edib ki, hər gün onlarla əcnəbi müxtəlif səbəblərə görə, Ukrayna ərazisinə buraxılmır.
Demçenko qeyd edib ki, onların arasında ruslar da var ki, bu vətəndaşlar da hamı kimi ölkə ərazisinə daxil olmazdan əvvəl giriş şərtlərini yerinə yetirməlidirlər.
Qeyd edək ki, bi rmüddət əvvəl Ukrayna mediasında rusların ölkəyə girişinin tamamilə qadağan edilməsi barədə xəbərlər yayılmışdı.