Rusiyanın Ukrayna ilə sülh üçün şərtləri açıqlandı
02 iyun 2025 21:07 (UTC +04:00)

Rusiyanın Ukrayna ilə sülh üçün şərtləri açıqlandı

Rusiya Federasiyasının Ukrayna nizamlanmasına dair memorandumu Krımın, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın bir hissəsi kimi beynəlxalq səviyyədə tanınmasını nəzərdə tutur.

Lent.az xəbər verir ki, bu barədə Rusiyanın Ukrayna ilə bağlı hazırladığı nizamlanma memorandumunda qeyd olunub.

Rusiya Federasiyasının Ukraynadakı münaqişənin həllinə dair memorandumu atəşkəs üçün iki variant və ümumilikdə 31 bənddən ibarət üç bölməni əhatə edir.

Sənəddə bildirilir ki, Kiyev üçün atəşkəsin birinci variantı Ukrayna Silahlı Qüvvələrinin Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən tam çıxarılmasını nəzərdə tutur.

Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazisindən, o cümlədən Donbass və Novorossiya adlandırılan bölgələrdən çıxarılması atəşkəsin elanından sonra 30 gün ərzində həyata keçirilməlidir.

Memorandum Ukraynanın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi bütün sanksiyaların ləğvini və gələcəkdə yeni sanksiyalardan imtinanı da nəzərdə tutur.

Sənədə əsasən, Rusiya Federasiyasının təklifləri Ukraynada seçkilərin keçirilməsini və bunun ardınca sülh müqaviləsinin imzalanmasını ehtiva edir.

Kiyev hərbi vəziyyətin ləğvindən sonra 100 gündən gec olmayaraq prezident və Ali Rada seçkilərinin tarixini elan etməlidir.

Atəşkəs, razılaşdırılmış məsafəyə qoşunların çıxarılması üçün zəruri hərəkətlər istisna olmaqla, Ukrayna Silahlı Qüvvələrinin yerdəyişməsinin qadağan edilməsini nəzərdə tutur.

Ukrayna ərazisində nüvə silahının qəbuluna və yerləşdirilməsinə qadağa tətbiq olunmalıdır.

Atəşkəsin davamlılığını təmin etmək məqsədilə Qərbin Ukraynaya silah və kəşfiyyat məlumatları da daxil olmaqla, hərbi yardım göstərməsi qadağan edilir.

Rusiya və Ukrayna arasında əldə olunacaq sülh müqaviləsi BMT Təhlükəsizlik Şurasının hüquqi qüvvəyə malik qətnaməsi ilə təsdiqlənməlidir.

Ukrayna, atəşkəsin əldə olunması üçün “siyasi məhbuslar”a amnistiya elan etməli, habelə həbsdə olan hərbçiləri və mülki şəxsləri azad etməlidir.

Sonda isə sənəd Ukraynada yekun nizamlanma üçün rusdilli əhalinin tam hüquq, azadlıq və maraqlarının təmin edilməsinin vacibliyini vurğulayır.

Memorandumda həmçinin hərbi əməliyyatlardan dəymiş zərərlərlə bağlı qarşılıqlı iddialardan imtinanın zəruriliyi qeyd olunur. Bu təkliflər İstanbulda keçirilən danışıqlar zamanı Rusiya nümayəndə heyəti tərəfindən Ukrayna tərəfinə təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1214

Oxşar yazılar

Bəbir babanın yanında  5 yaşlı uşağı parçaladı

Bəbir babanın yanında 5 yaşlı uşağı parçaladı

4 iyun 2025 , 13:02
Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

3 iyun 2025 , 21:12
Ukrayna Krım körpüsünü  partlatdı -VİDEO

Ukrayna Krım körpüsünü partlatdı -VİDEO

3 iyun 2025 , 15:41
Timsah hamilə qadını parçaladı

Timsah hamilə qadını parçaladı

3 iyun 2025 , 12:06
İnsan orqanları  satan cərrahlar TUTULDU

İnsan orqanları satan cərrahlar TUTULDU

3 iyun 2025 , 11:38
Rusiyanı SARSIDAN  əməliyyatla bağlı YENİ SİYAHI

Rusiyanı SARSIDAN əməliyyatla bağlı YENİ SİYAHI

3 iyun 2025 , 10:14
Türkiyə yaxınlığında ZƏLZƏLƏ:  bir ölü, 69 yaralı var

Türkiyə yaxınlığında ZƏLZƏLƏ: bir ölü, 69 yaralı var

3 iyun 2025 , 08:21
Amerikalı aktyor Conatan Cossu qonşusu güllələdi

Amerikalı aktyor Conatan Cossu qonşusu güllələdi

3 iyun 2025 , 03:37