Şirvan Haxıyev
06 may 2021 15:45 (UTC +04:00)

Şirvan Haxıyev

Rusiyada tanınmış azərbaycanlı iş adamı saxlanıldı - Anasının yasına gəlirmiş

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamı Şirvan Haxıyev saxlanılıb. Lent.az-ın cenub.az-a istinadən məlumatına görə, əslən Masallı rayonundan olan Haxıyev Rusiyanın Krasnoyarsk diyarının Norilsk şəhərində bizneslə məşğuldur. 

Lent.az azərbaycanlı iş adamıyla bağlı bəzi məqamları üzə çıxarıb. Araşdırmalarımız zamanı məlum olub ki, Şirvan Haxıyev Norilsk şəhərində və Krasnoyarsk diyarında nüfuzlu iş adamlarından sayılır. Onun bu və ya digər biznes strukturlarında minlərlə insan çalışır. Onların böyük əksəriyyəti azərbaycanlılardır. 

Haxıyevin biznesi ticarətdən tutmuş istehsala, tikintiyə qədər müxtəlif sahələri əhatə edir. O, “Okean”,  “Zelyonaya liniya”, “Siti”, “Vostok” kimi ticərət mərkəzlərinin, “Çayxona”, “Kebab Klab”, “Karls Cunior” restoranlar şəbəkəsinin sahibidir. Onun sahibi olduğu “Nordstroy” və  “Norilskstroy” tikinti şirkətləri adıgedən şəhərdə yaşayış binalarının inşasıyla məşğuldur. Biznesmenə məxsus “Pivprom”,  “Pinta”, “Proviant” şirkətləri də Krasnoyarsk diyarında tanınmış biznes qurumlarındandı. 

Onun hansı səbəbdən saxlanmasının motivləri bəlli deyil. Məlumata görə, iş adımı saxlanma ərəfəsində anasının Masallı rayonunun Qəriblər kəndində keçirəcək 40 mərasiminə gəlməyə hazırlaşırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 33305

Oxşar yazılar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü

Avtobus uçuruma yuvarlandı - 14 ölü

21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15