Gələn il yanvarın 1-dən qanunsuz əmək fəaliyyəti ilə məşğul olan miqrantlar Rusiyadan deportasiya olunacaq.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, 2020-ci il yanvarın 1-dən Rusiya ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan xarici vətəndaşlar təkcə cərimələnməyəcək, həm də Rusiyadan deportasiya oluna bilərlər.
Qurumdan xatırladılıb ki, Rusiya prezidenti tərəfindən əmək miqrantları üçün tətbiq olunan müvəqqəti tədbirlər dekabrın 31-də başa çatır.
O da vurğulanıb ki, 2020-ci ilin mart ayından 7 milyondan çox əcnəbi qanuni əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə sənədi alıb. Milyon yarımdan çox xarici vətəndaş isə Rusiyada qalmalarının qanuniliyini tənzimləyə bilib.