Rusiyanın Tver vilayətində Robinson-66 markalı şəxsi helikopter qəzaya uğrayıb.
Lent.az-ın Ren TV-yə istinadla xəbərinə görə, təyyarəni yüksək pilotaj üzrə dünya çempionu idarə edirmiş. Qəza vaxtı təyyarədə 2 qardaşdan başqa heç kim olmayıb. Hər 2 şəxs hadisə yerində dünyasını dəyişib.