Rusiyada güclü yanğın: 8 nəfər öldü
12 yanvar 2021 07:07 (UTC +04:00)

Rusiyada güclü yanğın: 8 nəfər öldü

Rusiyanın Yekaterinburq şəhərində yaşayış binasında güclü yanğın baş verib.

APA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində səkkiz nəfər ölüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın 30 kv/m sahəti əhatə edib. Xilasedicilər, doqquzu uşaq olmaqla, binadan 90 nəfəri təxliyyə ediblər.

“Ümumilikdə 90 nəfər (o cümlədən doqquz uşaq) təxliyyə olunub, onlardan 52 nəfəri əleyhqazların köməyi ilə xilas edilib. Şaxtalı hava şəraiti səbəbindən təxliyyə olunan sakinlər yanğınsöndürmə maşınlarına yerləşdirilib”, - məlumatda belə deyilir.

Yanğının səbəbi müəyyənləşdirilir.

# 1104
avatar

Oxşar yazılar