Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terrorçuluqda şübhəli bilinən 19 nəfəri saxlayıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, onlar “Ət-Takfir vəl-Hicra” təşkilatının üzvləridir.
Məlumata görə, şübhəlilər Qaraçay-Çərkəz Respublikası, Krım, Krasnodar diyarı və Rostov vilayətində saxlanılıblar. İlkin araşdırma zamanı məlum olub ki, onlar terrorçuluğu təbliğ etməklə yanaşı, Şimali Qafqazda terror aktları həyata keçirməyi də planlaşdırırmışlar.
Axtarış zamanı şübhəlilərə məxsus gizli silah saxlanc yeri də aşkar edilib. Saxlancdan “Kalaşnikov” avtomatları, “RPK” tipli pulemyot və əldəqayırma partlayıcı maddələr tapılıb.
Qeyd edək ki, son 10 il ərzində Rusiyada 160 terror aktının qarşı alınıb.