Rusiyanın paytaxtı Moskvada miqrantlar arasında dava baş verib.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, insident Moskvanın “Kuzminki” metrostansiyası yaxınlığında olub. Azərbaycan, Özbəkistan, Tacikistan, Dağıstan və Qırğızıstandan olan miqrantlar arasında yaranan dava bazarda yer bölgüsü üstündə meydana gəlib.
Əlbəyaxa dava zamanı 18 yaşlı Ümid Qurbanov ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.