Rusiya Silahlı Qüvvələri Ukraynanın 821 hərbi obyektinə zərbə endirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, bunlardan 14-ü hərbi aerodrom, 19-u komanda-idarəetmə mərkəzi və rabitə mərkəzi, 24-ü S-300 və "Osa" zenit-raket kompleksləri, 48-i radiolokasiya stansiyalarıdır:
"Ukraynanın hərbi infrastrukturuna havadan və dənizdən qanadlı raketlərdən istifadə etməklə yüksək dəqiqliyə malik silahlarla zərbələr endirib. Gecə saatlarında Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturuna hava və dəniz bazalı qanadlı raketlərdən istifadə etməklə uzaqmənzilli dəqiqliyə malik silahlarla zərbə endirib”.