Rusiyanın müdafiə naziri Sergey Şoyqu rus qoşunlarının Xerson vilayətinin sağ sahilindən çıxarılması barədə göstəriş verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı rus qoşunları qruplaşmasının komandanı Sergey Surovikin Şoyquya rus qoşunlarını Dnepr çayının sol sahilinə çəkməyi təklif edib.
Surovikin deyib: "Dnepr çayının sol sahilində müdafiə olunmaq qərarı asan məsələ deyil, eyni zamanda, biz hərbçilərimizin həyatını və bir qrup qoşununun döyüş qabiliyyətini xilas edəcəyik".
“Razıyam, qoşunların çıxarılmasına davam edin”, - Şoyqu bildirib.
Suroviki əlavə edib ki, qoşunların çıxarılması mümkün qədər tez həyata keçiriləcək. Həmçinin, onun sözlərinə görə, Rusiya ordusu “Dnepr çayının sol sahilində hazırlanmış müdafiə xətlərini” tutacaq.