2020-ci ildə Rusiya əhalisi yarım milyon nəfər azalıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, 2021-ci il yanvarın 1-nə qədər olan məlumata əsasən, ölkə əhalisi 146 milyon 238 min nəfərdir.
2020-ci il yanvarın 1-ə qədər olan statistikaya görə isə Rusiya əhalisi 146 milyon 748 min nəfər olub. Son bir ildə Rusiyanın əhalisi 510 min nəfər azalıb.
Bu hal ilk kəskin azalma kimi qiymətləndirilib.
“Rosstat”ın məlumatına əsasən sonuncu belə azalma 15 il əvvəl qeydə alınıb. 2005-ci ilin əvvəlində əhali 143,8 milyon olub. 2006-cı ilin əvvəlində isə bu rəqəm 143.2 milyona düşüb. 2007-ci ildən 2009-cu ilədək Rusiya əhalisinin sayı 142.7 milyona düşüb.
2015-ci ildə bu rəqəm 146 milyona çatıb. 2017-ci ildən bəri əhalinin sayı 146.8 milyondan aşağı düşməyib.