Rusiya 8 ABŞ məmuruna QADAĞA QOYDU
16 aprel 2021 21:46 (UTC +04:00)

Rusiya 8 ABŞ məmuruna QADAĞA QOYDU

Rusiya 8 ABŞ məmuruna ölkəyə girişə qadağa qoyub. 

APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, 8 ABŞ vətəndaşına Rusiya ərazisinə giriş qadağan olunub.

Sanksiya tətbiq olunanlar arasında ABŞ-ın Baş Prokuroru Merrik Qarland, Daxili İşlər naziri Aleksandr Mayorkas və Milli Kəşfiyyat İdarəsinin direktoru Maykl Karbaxal da var.

Bundan başqa, Moskva ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Vuls və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Suzan Raysa da ölkəyə girişi yasaqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112
avatar

Oxşar yazılar