57 yaşlı fransalı bankir Baron Benjamin de Rotşild İsveçrədə vəfat edib.
Lent.az Fransa mediasına istinadən xəbər verir ki, Rotşildin ölüm səbəbi infarkt olub.
Qeyd edək ki, Benjamin de Rotşild Rotşildlər sülaləsinin Fransız qolundan olan Edmond və Nadine de Rotşildin oğludur.
1953-cü ildə Edmond Rotşild özəl bankçılıq və aktivlərin idarə olunması üzrə ixtisaslaşmış “Edmond de Rotşild” Qrupunu qurub. Onun ölümündən sonra, 1997-ci ildə şirkətə Benjamin rəhbərlik edib.
Benjamin de Rotşild varidatının, təxminən, 173 milyard İsveçrə frankı (160 milyard avro) olduğu bildirilir.
Rəsul