BMT baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Melissa Fleminq BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi ərəfəsində qəzaya düşüb.
Lent.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat verib.
O yüngül xəsarətlər alıb.
"Nyu-Yorkda Baş Assambleyada bütün yollarda xaos hökm sürür və sürücülər çox aqressivdirlər. Mən həmişə velosipedə üstünlük verirəm. Bu gün gözlənilmədən sürətli şəkildə işıqforun qırmızı işığında keçən avtomobil üzündən qəzaya düşdüm. Bəxtim gətirdi ki, yüngül xəsarət aldım”, - o yazıb.
BMT-nin qərargahına bitişik bir sıra küçələr bağlanıb. Manhettenin mərkəzində nəqliyyatın hərəkəti son dərəcə çətinləşib.