Qoşun əvəzinə ayı və şir:  Putin Kim Çen Ina 75 vəhşi heyvan  bağışladı
21 noyabr 2024 15:13 (UTC +04:00)

Qoşun əvəzinə ayı və şir: Putin Kim Çen Ina 75 vəhşi heyvan bağışladı

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina “dostluq simvolu” olaraq 70-dən çox vəhşi heyvan hədiyyə edib. 

Lent.az-ın məlumatına görə, “The Telegraph” yazır ki, onları Pxenyandakı heyvanxanaya göndəriblər.

Qeyd olunur ki, heyvanların olduğu konteynerlər Moskva heyvanxanasından Şimali Koreyaya göndərilib. Ümumilikdə Putin Kim Çen Ina bir şir, iki ayı, iki yak, beş ağ kakadu, 25 qırqovul və 40 naringi ördəyi verib.

Nəşr Rusiyanın ətraf mühitin mühafizəsi naziri Aleksandr Kozlovdan sitat gətirib: “Heyvanlar tarixən dövlətlərarası münasibətlərdə mühüm yer tutublar”

O, bu heyvanların çoxalmaq üçün kifayət qədər gənc olduğunu da vurğulayıb.

Onun sözlərinə görə, Pxenyandakı heyvanxananın buna həqiqətən ehtiyacı var.

Jurnalistlər heyvanların daha sonra KXDR-ə göndərilmək üçün Rusiya hökumətinin təyyarəsinə böyük taxta qutulara yükləndiyini paylaşıblar. Mühafizəçilər bu addımı tənqid ediblər.

Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, Rusiyadakı KXDR qoşunlarına Şimali Koreyanın rəhbəri Kim Çen Ina yaxın olan sirli general rəhbərlik edəcək. O, ölkənin ən mühüm on hərbi xadimindən biridir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1632
avatar

Oxşar yazılar